zaxarova yeni

“Ermənistanın ABŞ-ın nüvə texnologiyasını seçməsi Rusiyada suallar doğurub”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Ermənistan, şübhəsiz ki, zəruri hesab etdiyi istənilən tərəfdaşla işləməkdə sərbəstdir. Lakin Amerikanın nüvə texnologiyasının seçimi həqiqətən suallar doğurur”,- o qeyd edib. 

Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı nüvə texnologiyası ilə bağlı razılıq əldə olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: