“Ermənistan TRIPP layihəsi ilə bağlı müşahidələrini yaxın günlərdə ABŞ-a təqdim edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, saziş layihəsi iki ölkə hökumətləri tərəfindən təsdiq edilmiş icra çərçivəsinə əsaslanacaq:
“Hrazdanda süni intellekt mərkəzinin yaradılması prosesi sürətlə davam edir. Bilirsiniz ki, ABŞ-ın vitse-prezidenti də orada potensial gördüklərini dedi və Ermənistana yatırılacaq investisiyaların həcminin 4 milyard dollara çata biləcəyini açıqladı. Layihənin texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi başlayıb. Bundan sonra nüvə enerjisi sektorunda əməkdaşlığımızı necə davam etdirəcəyimizi görəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az