
ABŞ-ın AECOM mühəndis-konsultasiya şirkətinin qrupu Ermənistana səfər edib və TRIPP layihəsi (Zəngəzur dəhlizi – red.) çərçivəsində sahə araşdırmalarına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, araşdırmalar texniki-iqtisadi əsaslandırma və dəmir yolu və digər infrastrukturun yaradılması üzrə təkliflərin hazırlanmasını əhatə edəcək.
Layihənin məqsədi Ermənistanda uzunmüddətli iqtisadi artımın təşviqi, nəqliyyat əlçatanlığının yaxşılaşdırılması və regional inteqrasiyanın artırılmasıdır.
Qeyd edək ki, 14 yanvar 2026-cı il tarixində Ermənistan və ABŞ TRIPP layihəsinin icra çərçivələri barədə birgə bəyannamə yayıblar.
Safura Bənnayeva
Globalinfo.az