“Ermənistan Konstitusiyasının yeni mətni mart ayında ictimaiyyətə təqdim ediləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib.
Nazir yeni Konstitusiya mətni ilə bağlı maarifləndirmə kampaniyasına başlanılacağını deyib:
“Konstitusiya Şurasının müzakirə əsasında qəbul etdiyi bir çox məsələ var. İnsanların nədən danışdığımızı bilməsi üçün bu məsələləri ictimaiyyətə çatdırmaq vəzifəmizdir. Yeni Konstitusiya referendum yolu ilə qəbul ediləcək. Son söz xalqındır”.
Əliyar Xəlil
Globalinfo.az