“Ermənistanın iqtisadi və maliyyə sistemi İranda baş verə biləcək hadisələrin ən pis ssenarilərinə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.
“Biz hazırlıq görürük, sistemimizi düzgün qurmuşuq. Hesab edirəm, proses bizə mənfi təsir göstərə bilər. Biz sistem olaraq bu təsirlərə qarşı hazırıq, ümid edirəm belə hadisələr baş verməyəcək,” – Qalstyan vurğulayıb.
O əlavə edib ki, hazırda İranla bağlı üç ssenari müzakirə olunur: qoşunların iştirakı ilə İranda hərbi əməliyyat, hava zərbələri və ritorik çağırışlar.
Safura Bənnayeva
Globalinfo.az