
“Azərbaycandan şəkər idxalı ilə bağlı məsələni hazırda şərh edə bilmərəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mediada Azərbaycandan şəkər idxalı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Nazir Azərbaycan və Ermənistan arasında digər malların idxalı və ixracı məsələsinə də toxunub.
Onun sözlərinə görə, tərəflər qarşılıqlı olaraq ixrac və idxal siyahıları mübadiləsi aparıblar və bu siyahılar arasında uyğunluq mövcuddur.
Papoyan qeyd edib ki, təqdim olunan siyahılar hər iki ölkədə müvafiq zavodlara göndərilib və eyni yanaşma Ermənistan tərəfindən də tətbiq edilib.
Safura Bənnayeva
Globalinfo.az