Kolumbiyalı dünyaca məşhur müğənni “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Globalinfo.az xəbər verir ki, o, bütün zamanların ən çox gəlir əldə edən Latın amerikalı müğənnisi olub.
Şakiranın “Las Mujeres Ya No Lloran” (“Qadınlar Artıq Ağlamır”) adlı dünya turu 2025-ci ilin fevral ayında başlayıb və 2026-cı ilə qədər davam edəcək.
Bu müddət ərzində 86 konsert verib, konsertlərinə 3,3 milyon bilet satılıb, nəticədə müğənni 421,6 milyon dollar qazanıb.
Əliyar Xəlil
Globalinfo.az