Hizbullah bir gündə İsrailə 90-a yaxın raket atıb.
Globalinfo.az xəbər verir ki, Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) bir gündə Hizbullah hərəkatının ölkəyə 90-a yaxın mərmi atdığını açıqlayıb.
Qeyd edək ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir.
İsrailin əsas məqsədi Hizbullah tərəfindən atılan raketlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan 60 min sakininin geri qayıtmasına nail olmaqdır.
Müşviq Tofiqoğlu
Globalinfo.az