WhatsApp Image 2024 05 03 at 12.51.07

“Qarabağla bağlı realist olan geri qayıtmaq hüququdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan jurnalistlərin “Son vaxtlar Qarabağ məsələsi barədə danışmırsınız, bunu realist hesab etmirsiniz?” sualını cavablandırarkən deyib.

“Amma dünya o qədər sürətlə dəyişir ki, heç kim bilmir sabah nə olacaq. Məsələn, ABŞ-ın eskalasiya yolu ilə dünyanı zonalara bölməsi bizi hara aparacaq, bəlli deyil. Geri qayıtmaq hüququ müəyyən mülkiyyət hüquqlarını da özü ilə gətirə bilər”, – deyə o bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: