Bako Arkadi 145245

“Mən “artsax” rəhbərliyini sonuncu dəfə ərazini tərk etdiyim gün görmüşdüm”. 

Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin “daxili işlər naziri” Karen Sərkisyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Sərkisyan Ermənistana keçdikdən sonra onların taleyi barədə məlumat aldığını bildirib:

“Keçmiş “liderlər” Arkadi Qukasyan və Bako Saakyanı sonuncu dəfə Qarabağı tərk edəndə gördüm. Ermənistana getdim, bir müddət sonra öyrəndim ki, hər ikisi əsir götürülüb və Bakıya aparılıb”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: