Türkiyə qonşu ölkədə vəziyyətin kəskinləşəcəyi təqdirdə potensial miqrasiya böhranının qarşısını almaq məqsədilə İranla sərhəddə bufer zonası yaradılması variantını müzakirə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, Türkiyə Xarici İşlər Nazirliyinin qanunvericilər üçün keçirdiyi qapalı brifinqdə bu məsələ gündəmə gətirilib.
Brifinqdə bildirilib ki, Ankara kütləvi qaçqın axını riskini real hesab edir və sərhədin qorunması üçün bir neçə alternativ ssenari üzərində işləyir.
Müzakirə olunan əsas tədbirlərdən biri miqrantların Türkiyə ərazisinin dərinliklərinə nəzarətsiz şəkildə keçməsinin qarşısını almaq məqsədilə İran ərazisində humanitar yardımın təmin olunduğu müvəqqəti “gözləmə zonası”nın yaradılmasıdır.
Qeyd olunur ki, bu yanaşma həm sərhəd təhlükəsizliyinin gücləndirilməsi, həm də mümkün humanitar böhranın yerində idarə olunması məqsədi daşıyır.
Tahir Turan
Globalinfo.az