2025-ci ilin sonuna qədər 422 mindən çox vətəndaş Rusiya ordusunda xidmət etmək üçün müqavilə imzalayıb.
Globalinfo.az-ın xəbərin görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama yayıb. Müqavilə əsasında işə qəbulun detalları barədə əlavə məlumat açıqlanmayıb.
Medvedev həmçinin bildirib ki, 2026-ci il ərzində 32 min nəfər Rusiya Silahlı Qüvvələrinə könüllü şəkildə qoşulacaq.
Bundan əvvəl müdafiə naziri Andrey Belousov 2026-cı il üçün hərbi çağırışın təşkili və xidmət müddəti başa çatan hərbçilərin təxris olunması ilə bağlı əmr imzalayıb. Əmr prezidentin 2026-cı il üzrə çağırış fərmanının icrası çərçivəsində verilib.
Tahir Turan
Globalinfo.az