
“Qısa və uzunmüddətli perspektivdə Ermənistan üçün hərbi təhlükə yoxdur, lakin hibrid təhdidlərin riski bir neçə dəfə artıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O vurğulayıb ki, Ermənistan ətrafındakı təhlükəsizlik mühiti və təhdidlərin xarakteri dəyişir və bu amil mütləq nəzərə alınmalıdır.
“Yaxın 5–6 ay ərzində Ermənistan, böyük ehtimalla, daha çox hibrid təhdidlərlə üzləşəcək”, – deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az