hebs 123

Xəzər rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Globalinfo.az bildirir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “İbo” adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

bae070c5 44e6 4625 b628 4b654d79a24e 1767851105

Paylaş: