“Ümid edirəm, İran İsrail ilə münasibətlərin gərginləşməsini istəmir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz gərginliyin artmasına çalışmırıq. Ümid edirəm ki, onlar da belə deyillər”, – deyə o, “Fox News”a verdiyi müsahibədə bildirib.
Netanyahu qeyd edib ki, İran son zamanlar raket sınaqları keçirir:
“Nüvə proqramına gəldikdə isə, onlar buna cəhd edirlər. Amma əmin deyiləm ki, sərhədi keçmək qərarına gəliblər, çünki düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqlarını eşidiblər”.
Əliyar Xəlil
Globalinfo.az