“Təxminən bir gün keçib və Rusiya hələ də Ukraynaya qarşı “Putinin iqamətgahına hücum” ittihamlarını dəstəkləyəcək heç bir etibarlı dəlil təqdim etməyib. Təqdim etməyəcək də, çünki belə bir hücum baş verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa yazıb.
Onun sözlərinə görə, BƏƏ, Hindistan və Pakistanın “hücum” barədə narahatlıqlarını ifadə etmələri təəssüf doğurur:
“Bu, xüsusilə təəccüblüdür, çünki 7 sentyabr 2025-ci ildə Rusiya raketi Ukrayna hökumət binasına dəyəndə hər üç dövlət heç bir rəsmi açıqlama verməmişdi”.
Safura Bənnayeva
Globalinfo.az