ghhd 1643794127

Ermənistanda Göyçə gölünün səviyyəsi 6 ay ərzində kəskin aşağı düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Azizyan məlumat yayıb. 

“2025-ci il yanvarın 1-də Sevan gölünün səviyyəsi 1900,39 metr idi. İyunun 8-də isə 38 sm qalxaraq 1977 metrə çatmışdı. İyunun 9-dan bəri gölün səviyyəsi 55 sm düşüb. Bu günə olan məlumata görə, gölün səviyyəsi 1900,22 metrdir ki, bu da ötən ilin eyni günündəki səviyyədən 17 sm aşağıdır.

Gölün həcmi 37,8 kub kilometr, səth sahəsi isə 1275 kvadrat kilometrdir”, – o qeyd edib.

Bildirilir ki, qış və payız quru keçdiyinə görə 2025-ci ildə Göyçə gölündə su azalıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: