Dekabrın 27-də Ermənistanın Araqots bölgəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, qəza səhər saat 11:00 radələrində Marqara-Vanadzor-Taşir avtomobil yolunda meydana gəlib.
Məlumata görə, 56 yaşlı Türkiyə vətəndaşı Bilgin Adnanın idarə etdiyi yük avtomobili 34 yaşlı Ararat sakinin idarə etdiyi qar təmizləyən qoşqulu traktorla toqquşub.
Hadisə nəticəsində xəsarət alanın olmadığı deyilir.
Əliyar Xəlil
Globalinfo.az