68007 555 343 1

Yaxın Şərqdə və Cənubi Qafqazda paralel şəkildə dərinləşən geosiyasi dəyişikliklər Ermənistanın xarici siyasətində yeni istiqamətlərin formalaşdığını göstərir. İrəvanın İsraillə əlaqələri ehtiyatlı, lakin ardıcıl şəkildə genişləndirməsi regiondakı ən həssas aktorlardan biri olan İran tərəfindən diqqətlə izlənilir.

Ermənistanın nəqliyyat, təhlükəsizlik və diplomatik manevrləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, regionun ümumi güc balansı fonunda da qiymətləndirilir və bu proseslər Tehranın strateji maraqları ilə birbaşa toqquşur.

Ermənistanın İsraillə yaxınlaşması sadəcə iqtisadi və texnoloji əməkdaşlıq çərçivəsindədir, yoxsa geosiyasi kurs dəyişikliyinin başlanğıcıdır? Tehran bu prosesi niyə milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanın İsraillə münasibətlərinin normallaşması bir neçə amillə bağlıdır:

“İlk növbədə, İsrail xüsusilə lobbi məsələsində dünyada ciddi mövqeyə malikdir. Buna görə dünya siyasətinə ciddi təsir göstərə bilir. Eyni zamanda, elm və texnologiya sahəsində də öndədir. Bu ölkənin müdafiə sənayesi çox inkişaf etmiş bir sistemə malikdir. İsrail texnologiyası və silahları yüksək dəyərləndirilir.

oqtay qasimov 5
Oqtay Qasımov

Azərbaycanın bu ölkə ilə yaxşı münasibətləri mövcud olduğu üçün, Ermənistan da əlaqələr qurmağa çalışır. İrəvan Azərbaycanın İsraillə əməkdaşlıq çərçivəsində ordusunu gücləndirdiyini anlayır. 44 günlük müharibədə əldə olunan zəfərdə İsrail silahları və texnologiyasının payı olduqca vacib rol oynadı. Bundan başqa, Təl-Əvivin verdiyi siyasi dəstək də danılmaz faktdır. Nəticə olaraq Ermənistan İsraillə münasibətlərini normallaşdırmaq istəyir və bu, bir çox baxımdan ona lazımdır.

İrəvan Moskvadan uzaqlaşıb, İranla balans yaratmaq siyasətini həyata keçirir. Eyni zamanda öz müdafiə qabiliyyətini hərbi avadanlıqlar sahəsində şaxələndirir. Hal-hazırda Ermənistanda Rusiyadan alınan silahların səviyyəsi 10 faiz azalıb, halbuki müharibədən öncə bu göstərici 100 faiz idi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: