thumbs b c 1335a86afb7c935dd4ee89c26eb4edac

Avropada cüzam xəstəliyinin yayılması ilə bağlı təşviş davam edir.

Globalinfo.az xəbər verir ki, Xorvatiya və Rumıniyada illər sonra aşkarlanan xəstəliyin Asiyadan gələn işçilərlə bağlı olduğu bildirilir.

Rumıniyanın Kluj şəhərindəki SPA mərkəzində çalışan 21 və 25 yaşlı iki İndoneziya vətəndaşına cüzam diaqnozu qoyulub.

Bu hadisə Rumıniyada son 44 ildə, ümumilikdə isə ölkələrində 40 ildən artıq müddətdən sonra qeydə alınan ilk cüzam kimi qiymətləndirilir.

Rumıniya Səhiyyə Nazirliyi bildirib ki, hər iki xəstə müalicə altındadır.

Tahir Turan
Globalinfo.az 

Paylaş: