ermeni ordusu 1

Ermənistanın “Faktların yoxlanması” platforması 44 günlük müharibədə həlak olan və adları bu günə qədər tam açıqlanmayan hərbçilərin tam siyahısını dərc edib. 

Globalinfo.az xəbər verir ki, siyahı “Zinapah” fondunun veb-saytında dərc edilib.

Hökumətin illərdir müharibədə həlak olanların sayını açıqlamasına baxmayaraq, vahid siyahı təqdim etməməsi cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Platforma bu addımı hökumətinin passivliyinə cavab olaraq atdığını bildirib.

Məlumata görə, müharibədə Ermənistan tərəfindən ümumilikdə 3833 nəfər ölüb.

Lakin bu rəqəmin 5 mindən çox olduğu, açıqlanan siyahıya Qarabağdakı keçmiş qondarma rejimin terrorçularının daxil edilmədiyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: