Erdogan

“Ticarət gəmilərini, mülki gəmiləri hədəfə almağın heç kimə faydası olmaz”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Odessa limanında Türkiyəyə məxsus yük və sərnişin gəmisinin Rusiya raketi ilə hücuma məruz qalmasından danışarkən deyib.

Son günlərdə həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə təhlükəsizliyi təhdid edir. Bu məsələ ilə bağlı hər iki tərəfə – Rusiya və Ukraynaya xəbərdarlıqlarımızı açıq və qəti şəkildə çatdırmışıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, dekabrın 13-də Odessa limanında elektrik generatorları daşıyan Türkiyə gəmisinə PUA ilə zərbə endirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: