1765203740 79f709e78fb8d854206500c7867b78d6 1

Energetika sahəsi üzrə konkret layihələr həyata keçirilir. Keçən il ilk dəfə Azərbaycan qazı Slovakiyaya təchiz edilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın zəngin qaz yataqları dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edilməsinə imkan verir: “Boru kəmərləri ilə qaz təchizatçısı kimi biz birinci yerdəyik. Həm Slovakiya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq”.

Paylaş: