a w590096 01

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani Tehrana səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Laricani “X” hesabında türk dilində paylaşım edib.

“Evinizə xoş gəlmisiniz. Türkiyəİran arasında əməkdaşlığın artmasını ümid edirəm…” – o qeyd edib.

Tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Suriya və Qəzzada baş verən son proseslər, eləcə də İsrailin hücumları əsas müzakirə mövzularından olub.

Görüşün sonunda Fidanın Laricanini Türkiyəyə dəvət etdiyi açıqlanıb.

fc6684bd a9cd 4907 8de9 e16a0654173b

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: