İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani Tehrana səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Laricani “X” hesabında türk dilində paylaşım edib.
“Evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm…” – o qeyd edib.
Tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Suriya və Qəzzada baş verən son proseslər, eləcə də İsrailin hücumları əsas müzakirə mövzularından olub.
Görüşün sonunda Fidanın Laricanini Türkiyəyə dəvət etdiyi açıqlanıb.
Safura Bənnayeva
Globalinfo.az