Rusiyalı senator Aleksey Puşkov Estoniyanın Ukraynaya qoşun göndərməyə hazır olması ilə bağlı açıqlamaya sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə fikirlərini Teleqram kanalında bölüşüb.
Puşkov bildirib ki, Estoniya rəhbərliyinin bu bəyanatı izaholunmaz siyasi ambisiyaların nəticəsidir. Onun sözlərinə görə, Estoniya artıq keçmiş baş nazirini Brüsselə göndərib və indi Ukraynaya qoşun göndərmək barədə danışması yersizdir.
Senator hesab edir ki, Avropa ölkələrinin böyük hissəsi bu bəyanata ironiya ilə yanaşır, ABŞ isə ümumiyyətlə mövzunu ciddi qəbul etmir.
Puşkov əlavə edib ki, Estoniya rəhbərliyinin mediada və Avropa Parlamentində tez-tez lağ obyektinə çevrilməsi vəziyyəti daha da gərginləşdirir.
Tahir Turan
Globalinfo.az