“KTMT-dən çıxmaq məsələsi Ermənistanın gündəliyində deyil”.
Gloalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Onun sözlərinə görə, Ermənistan prosesdə iştirak etmir, lakin qərarların və sənədlərin qəbuluna mane olmur.
“İndiki mərhələdə bizim siyasətimiz belədir. Ermənistan yaranmış vəziyyətə uyğun olaraq xarici siyasətini öz maraqları əsasında aparır. İrəvan həm diversifikasiya, həm də balanslaşdırma siyasəti var. Orada əlavə qərarlar qəbul edilərsə, ictimaiyyətə açıqlayacaq”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az