İranın Gilan əyalətində epidemioloji vəziyyətin pisləşməsi səbəbindən sabahdan etibarən məktəblərin ibtidai sinifləri bağlanacaq və dərslər onlayn qaydada təşkil olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə əyalətin valisi Hadi Həqşenas məlumat verib. Onun sözlərinə görə, qərar bölgədə azyaşlılar arasında yoluxmanın artması ilə bağlı qəbul olunub.
Vali həmçinin bildirib ki, 6-cı və aşağı sinif şagirdlərinin işləyən analarının da müvəqqəti olaraq onlayn işləməsi barədə göstəriş verilib.
Qərarın məqsədi ailə daxilində yoluxma riskini azaltmaqdır.
Tahir Turan
Globalinfo.az