ABŞ Prezidenti Donald Trampa Ukraynaya NATO qoşunlarını göndərmək imkanı təklif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.
“ABŞ-ın Ukraynaya verdiyi təhlükəsizlik zəmanəti ölkədə NATO qoşunlarının olmasını da əhatə etməlidir”, – deyə bildirilib.
Lakin nəşr xatırladıb ki, Vaşinqtonun Kiyevlə bağlı hazırkı planı NATO bayrağı altında fəaliyyət göstərən qoşunların ölkədə olmasını qadağan edir.
Əliyar Xəlil
Globalinfo.az