Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan isə bu gün hərbi xidmət müddətinin uzadılması qərarının müzakirəsi üçün parlamentə gedib.
Məlumata görə, Papikyan həmçinin Təhlükəsizlik Şurasının iclasına da qatılmalıdır. Bu səbəbdən, gündəliyin üçüncü mövzusu olan hərbi xidmət müddətinin sürətli müzakirəsi və təsdiqi nəzərdə tutulub.
Papikyanın qanun təsdiqləndikdən dərhal sonra hökumət iclasına qatılacağı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az