Ir%C9%99van

Ermənistanda konstitusiyaya dəyişikliklə bağlı referendum 2026-cı il parlament seçkilərindən sonra keçirilə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, siyasi qüvvələrin və cəmiyyətin öz fikirlərini bildirməsi vacibdir və səs çoxluğu qazananların mövqeyi yeni Konstitusiya layihəsinin formalaşmasında həlledici olacaq.

“Konstitusiya dövlətin uzunmüddətli inkişafı üçün aerodinamikanı təmin etməlidir. Yeni, Konstitusiyaya ehtiyac var. Çünki Ermənistan yeni siyasi məzmuna, dövlət doktrinasına ehtiyac duyur”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: