Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri noyabrın 21-də Bakıya səfər ediblər.
Globalinfo.az xəbər verir ki, “Asbarez Armenia” Azərbaycana gələn ermənilərin kimliyini açıqlayıb.
Nəşr yazır ki, nümayəndə heyətinin tərkibində media nümayəndələri və politoloqlar da var. Onlar İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyandır.
Qeyd edək ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri arasında görüş keçirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az