f09e47cb 5df7 4972 9ab1 a88ba06c2b60

ABŞ dövlət katibinin müavini Alison Hukerin İrəvana səfəri zamanı bir çox məsələləri müzakirə etdik”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Paşinyan Hukerlə Bakıda məhkəməsi davam edən erməni əsilli şəxslər barədə də danışdığını söyləyib:

“Biz bu mövzunu Hukerlə müzakirə etdik. Ondan mövzunu diqqət mərkəzində saxlamalarını və bizi də gedişatla bağlı məlumatlandırmalarını istədim”.

Qeyd edək ki, Nikol Paşinyan daha öncə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı da bu məsələni qaldırdığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: