Ermənistan Apelyasiya Məhkəməsi Rusiyada fəaliyyət göstərən erməni iş adamı Samvel Karapetyanın həbs müddətini uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qərara əsasən, Karapetyanın məhkəməyəqədərki həbs müddəti daha iki ay uzadılıb.
Xatırladaq ki, Karapetyan 18 iyunda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki ay müddətinə həbs edilib. Bundan sonra hökumət Karapetyanın şirkəti olan Ermənistan Elektrik Şəbəkələrini milliləşdirmək və hərraca çıxarmaq niyyətini açıqlayıb. Taşir Şirkətlər Qrupunun ofislərində axtarışlar aparılıb və bir sıra şəxslər həbs olunub.
Əliyar Xəlil














