PYH2022090707740001300 P4

ABŞ dövlət katibinin müavini Elison Huker Azərbaycana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Hukerin Ermənistana da səfər edəcəyi təsdiqlənib. İki ölkəyə ziyarətin 15-21 noyabr tarixləri arasında baş tutacağı bildirilir.

Qeyd edək ki, Hukerin İrəvana səfəri zamanı “Tramp marşrutu” və TürkiyəErmənistan münasibətləri ilə bağlı erməni rəsmilərlə müzakirə aparacağı açıqlanıb.

Paylaş: