Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda “Norter Spike 225” adlı artilleriya təlimi başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərə 2000-dən çox hərbçi və 500 texnika cəlb olunub:
“Təlimin məqsədi çətin qış şəraitində artilleriya imkanlarını sınaqdan keçirmək, müxtəlif səviyyəli komandanlıq və artilleriya atəşi arasında qarşılıqlı əlaqəni yoxlamaqdır”.
Finlandiya Quru Qoşunlarının məlumatına görə, təlimlər noyabrın 25-dək Qərbi Avropanın ən böyüyü olan Laplandiyanın Rovajarvi poliqonunda keçiriləcək.
Qeyd edək ki, təlimin birinci mərhələsi noyabrın 8-dən 16-dək həmin poliqonda baş tutub.
Əliyar Xəlil
Globalinfo.az














