İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Pekinə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı İRNA agentliyi yayıb.
Rəisinin səfəri Çin lideri Si Szinpinin dəvəti əsasında baş tutacaq.
O, Pekində Szinpinlə görüş keçirəcək. Bununla yanaşı, iki ölkə arasında əməkdaşlıqla bağlı müxtəlif sənədlərin imzalanması planlaşdırılıb.
Qeyd edək ki, Çin İranın ən böyük ticarət tərəfdaşıdır. Tərəflər arasında münasibət Çinin Səudiyyə Ərəbistanı ilə əlaqələrini inkişaf etdirməsindən sonra bir qədər gərginləşib. Bununla belə, Tehran indiki dönəmdə Pekindən üz çevirə bilmir. Əsas səbəb isə İranın düşdüyü maliyyə böhranıdır.