“Azarkeşlərimizə, futbolçularıma təşəkkür edirəm. Çox möhtəşəm idilər”.
Globalinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə 2-2 bitən matçdan sonra deyib.
“Bu günə qədər azarkeşlərimiz üçün olan ən maraqlı oyun oldu. Böyük futbolu gördülər. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Sona kimi mübarizə apardılar, ruhdan düşmədilər. Mən onların hansı həyəcanı keçirdiyini çox gözəl anlayırdım. Bütün xalqımızı təbrik edirəm”, – o qeyd edib.