63e69695eb3f563e69695eb3f6167605621363e69695eb3f263e69695eb3f4

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb.

FHN-dən Globalinfo.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Belə ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 240 ədəd çadır daxildir.

Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

63e69695de2c763e69695de2c8167605621363e69695de2c563e69695de2c6 63e69695c91b663e69695c91b7167605621363e69695c91b463e69695c91b5

Paylaş: