upload 1013202 pic 32ratio 900x600 900x600 66692

Amerikalı iş adamı İlon Maskın atası Errol Mask Rusiyaya səfəri zamanı verdiyi açıqlamalarla gündəm yaradıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində danışıb. Mask bildirib ki, Sovet İttifaqı vaxtilə dünyanı şeytanın caynaqlarından qoparmağı bacarıb.

“Obyektiv olmalısınız. Məncə, haqlıyam. Rusiyadakı həmsöhbətlərim sovet dövrü barədə açıq danışanda çox sevindim. Leninin kürsüsündə əyləşdiyim üçün qürurlandım. Bu, mənim dəli olduğum anlamına gəlmir. Sadəcə bu insanlar öz dövrlərinin böyük fiqurları idilər”, – Errol Mask deyib.

Qeyd edək ki, SpaceX və Tesla şirkətlərinin yaradıcısının atası Kazana səfəri zamanı sovet dövrünə aid yeməkləri dadıb, inqilabçı Vladimir Leninin və yazıçı Lev Tolstoyun təhsil aldıqları yerləri ziyarət edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: