de989a1622d42bb2af97829017087b7f

ABŞ yaxın aylarda Avropaya təxminən 2 milyard dollar dəyərində silah sata bilər. Məqsəd həmin vasitələrin sonradan Ukraynaya təhvil verilməsidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynaya müdafiə məqsədli silah satışını və hətta hücum silahlarının verilməsini istisna etmir.

Yeni plan Ukraynaya yardımın həm həcminin, həm də çeşidinin artırılması istiqamətində atılan addım kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: