“Fənərbağça” klubunun sabiq qapçısı Volkan Dəmirəl “Gənclərbirliyi”ni çalışdıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı məlumat yayıb..
Qeyd edək ki, V.Dəmirəlin son klubu “Bodrum” olub, o fevralda istefaya göndərilib.
Hazırda “Gənclərbirliyi” Türkiyə Superliqasında 10 turdan sonra 8 xalla 15-ci pillədə mövqe tutub.