
Argentina millisinin futbolçusu Lionel Messi karyerasının ən erkən qoluna imza atıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Avstraliyaya qarşı keçirilən yoldaşlıq matçında fərqlənib.
Təcrübəli forvard 80-ci saniyədə hesabı açıb. Bu, Messinin yığmada 103-cü qolu olub.
Qeyd edək ki, görüşdə ilk hissə başa çatıb və Cənubi Amerka təmsilçisi 1:0 hesabı ilə öndədir. Hücumçu hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.
🚨 MESSI GOLAZO 🚨
2 minutes into the game and Messi does what he does best. 💫
Stream the game for FREE on the @CBSSports app and @PlutoTV 📺 pic.twitter.com/iJdAI0Cbj9
— CBS Sports Golazo ⚽️ (@CBSSportsGolazo) June 15, 2023