1642752954 surenpapikyan 657x403 1

Ermənistanın müdafiə naziri Suren Papikyan Vaşinqtonda 8 avqustda keçirilən danışıqlardan sonra regiondakı vəziyyətin sabitləşdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.

“Avqustun 8-də Vaşinqtonda keçirilən danışıqlardan sonra ErmənistanAzərbaycan sərhədində ciddi insident qeydə alınmayıb”, – Papikyan vurğulayıb.

Nazirin sözlərinə görə, diplomatik təmasların intensivləşməsi və beynəlxalq vasitəçilərin səyləri bölgədə gərginliyin azaldılmasına təsir edib.

Papikyan həmçinin qeyd edib ki, Ermənistan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır və sərhəddə sabitliyin qorunmasını prioritet hesab edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: