qafarova simonyan

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb.

Globalinfo.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür.

    “Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, Parlamentlərarası İttifaq çərçivəsində 3-cü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edildi”, – deyə Sahibə Qafarova bildirib.

    Qeyd edək ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.

    Paylaş: