enkaz

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra dağıntılar altından çıxarılan kimsəsiz körpələr Ankaraya aparılıb.

Globalinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 0-1 yaş aralığından olan 16 uşaq Türkiyə Prezidentinin təyyarəsi ilə paytaxta göndərilib.

Körpələr Ankarada xəstəxanaya yerləşdirilib. Onların ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.

Uşaqların bəzilərinin üzərində şəxsiyyətini müəyyən etməyi asanlaşdıracaq məlumatlar qeyd olunub.

enkaz8
enkaz7
enkaz6
enkaz5
enkaz4
enkaz3
enkaz2
enkaz1

Paylaş: