60f204aa 2cc4 41c6 af99 9051999cf610

İsrail hərbçiləri Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həlak olmuş iki girovun qalıqlarını təhvil alıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, qalıqlar yaxın vaxtlarda İsrail ərazisinə gətiriləcək və məhkəmə-tibbi ekspertlər tərəfindən şəxsiyyətin müəyyənləşdirilməsi prosesi aparılacaq.

“Girovlarımızın geri qaytarılması istiqamətində iş fasiləsiz davam edir və sonuncu girov evə dönənə qədər dayanmayacaq,” – deyə hökumət bəyan edib.

***23:38

HƏMAS iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun telegram kanalında məlumat verilib.

Cəmiyyətin əməkdaşları sonra cəsədləri Qəzza zolağındakı İsrail qüvvələrinə təhvil verəcəklər. Cəsədlər İsrailə aparılacaq, ardınca isə ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.

Oktyabrın 9-na keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail hökuməti və HƏMAS-ın Qəzza münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb. Fələstinli əsirlərin əvəzində israilli girovların azad edilməsi və İsrail qoşunlarının qismən çıxarılması bu planın birinci mərhələsini təşkil edirdi.

***21:02

HƏMAS bu gecə daha iki israilli əsirin meyitini təhvil verəcəklərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmanın yazılı bəyanatında qeyd olunub.

Bildirilib ki, Qəzzada atəşkəsəsir mübadiləsi razılaşması çərçivəsində bu gün dağıntılar altından çıxarılan iki israilli əsirin meyiti bu axşam təhvil veriləcək.

Həmçinin qeyd olunub ki, əlavə meyitlərin təhvil verilməsi üçün Qəzzada dağıntılar altındakı meyitləri çıxarmaq məqsədilə xüsusi texnikaya ehtiyac var.

Paylaş: