israilli bakan katz in paylasimina chp den skandal yanit muttefikiniz erdogan i guclendirmeye calistiginizi biliyoruz 5967

İsrailin müdafiə naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatını hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“HƏMAS istənilən atışma və atəşkəsin pozulmasına görə böyük bədəl ödəyəcək. Mesaj başa düşülməsə, cavabların intensivliyi artacaq”, – Katz bildirib.

O, əlavə edib ki, İsrail hərbçilərinə Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə qarşı qətiyyətlə hərəkətə keçməyi tapşırıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Rəfah şəhərində əsgərlərinin silahlıların hücumuna məruz qaldığı əraziyə  zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: