hesam

HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının nümayəndələri Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla heç bir əlaqəsinin olmadığını bildiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Onlar iddia edirlər ki, Rafahdakı toqquşmalar barədə heç nə bilmirlər, çünki ərazi İsrailin nəzarətindədir”, – deyə əlavə edilib.

Qeyd edək ki, oktyabrın 19-da yaraqlıların Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail qüvvələrinə hücum etdiyi və buna cavab olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) bölgəyə hava hücumları təşkil etdiyi bildirilir.

İsrail ordusunun məlumatına görə, bir neçə yaraqlı daha əvvəl Rəfah yaxınlığındakı tuneldən çıxaraq İsrail əsgərlərinə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: