Məhkəmə-Hüquq Şurasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə baxılıb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, qərara əsasən, hakim Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verilib.
Xatırladaq ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırilmasi ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət etmişdi.
Anar Sadıqovun hakimlikdən getmək istəməsinin səbəbi isə onun hüquq sahəsi üzrə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.